Az

Plenerdən gələnlər qrup sərgisi

Abşeron Plenerləri Sərgisi

3 mart 2025-ci il tarixində Xətai Sənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvləri — Əbdüləmi Əliyev, Süleyman Hüseynov, Əmrah Mədətov və Sabbar Manafov — tərəfindən keçirilən “Abşeron Plenerləri” adlı sərginin açılışı baş tutdu.

Sərgidə rəssamların son bir il ərzində Abşeronun müxtəlif guşələrində keçirdikləri plenerlər zamanı yaratdıqları etüdlər və əsərlər nümayiş etdirildi. Tədbir Azərbaycan Rəssamlar İttifaqının dəstəyi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirildi.

Sərgini Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açdı. Açılış mərasimində çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq Rəssamı, professor Ağaəli İbrahimov, rəssam Nəvai Mətin və ictimai xadim Salman Əliyev sərginin əhəmiyyətindən, plenerlərin rəssamların yaradıcılıq inkişafında oynadığı roldan danışdılar.

Üç gün davam edən sərgi — 3–5 mart 2025-ci il tarixlərində sənətsevərlərin ziyarətinə açıq olub. Tədbirin əsas məqsədi rəssamları təbiət qoynunda işləməyə təşviq etmək və təsviri sənət həvəskarlarına təbiətin canlı rənglərini rəsmlər vasitəsilə təqdim etmək idi.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top